send link to app

Namaz Vaxtları


4.4 ( 1504 ratings )
ライフスタイル
開発者 CEM YOLOGLU
無料

Namaz (Ərəbcə: صلاة) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər."[1] Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır.

Gündəlik vacibi namazlar
Şəriətə görə, müsəlmanlar gündə beş vaxt vacib namazı qılmalıdırlar:

Sübh namazı - Sübh namazı 2 rükətdir. Vaxtı dan yeri söküləndən günəş çıxana qədərdir.
Zöhr namazı - Zöhr namazı 4 rükətdir. Vaxtı günəş zeniti keçdikdən sonra hər şeyin kölgəsi özü boyda olana qədər davam edir.
Əsr namazı - Əsr namazı 4 rükətdir. Vaxtı hər şeyin kölgəsi özü boyda olandan günəş batana qədər davam edir.
Məğrib namazı - Məğrib namazı 3 rükətdir. Vaxtı günəş batandan şəfəq itənə qədər davam edir.
İşa namazı - İşa namazı 4 rükətdir. Vaxtı şəfəq itəndən gecə yarısına qədər davam edir.